Gələn il Varisin azı 5 kitabı təkrar nəşr olunacaq Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Üzümüzə gələn 2024-cü ilin yanvar ayından etibarən yazıçı Varisin müxtəlif illərdə ən çox satılan 5 kitabı yeni tərtibatda  işıq üzü görəcək:

“Bir ovuc torpaq”

“Son məktub”

“Yaşıl üzlü gündəlik”

“Əzilmiş fotoşəkillər”

“Yolayrıcında azıb qalanlar”

 

Bu, həm oxucuları kitab bazarına dolan keyfiyyətsiz pirat nüsxələri almaqdan xilas edəcək, həm də kitablara olan təlabatı tam ödəyəcək. 

Kitab industriyamızda özünə möhkəm yer tutmuş, “Hədəf” qrupuna aid “XAN” nəşriyyatı ilə yazıçı arasında çoxillik müqavilə imzalanıb. 

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.