“Bütün yollar Şuşaya aparır...” kitabı nəşr olunub

Bu ilin avqustunda Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə “Bütün yollar Şuşaya aparır...” adlı kitab nəşr edilib.
Azərbaycan Yazıçılar Birliyindən bildirilib ki, kitaba tanınmış qələm və elm adamlarının Vaqif Poeziya Günləri, eləcə də Şuşa ilə bağlı təəssüratları, səfər qeydləri toplanıb. Kitab Prezident İlham Əliyevin Şuşadakı çıxış nitqi ilə açılır.
AYB mətbuat katibi Xəyal Rzanın rəhbəri olduğu “aybKitab” layihəsinin nəşri olan kitabın redaktoru və “Ön söz” müəllifi AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylidir.
Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun dəstəyilə çap olunan kitabın yaxın vaxtlarda təqdimatı keçiriləcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.