Boris Yevseyevdən “İlahi qul”

“Ədəbiyyat və incəsənət” portalı tək Azərbaycanda çıxan yeni kitabları diqqətdə saxlamır, yaxın və uzaq xaricdə dərc edilmiş önəmli kitab nəşrləri barədə də oxucularını məlumatlandırır. Tanınmış rus yazıçısı, 2012-ci ildə Rusiya Federasiyasının Hökumət mükafatına, 2011-ci ildə Bunin mükafatına layiq görülmüş, 2019-cu ildə Baklda keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü LiFFt festivallar festivalının iştirakçısı olmuş Boris Yevseyevin Moskvada işıq üzü görən yeni kitabı belə adlanır – “İlahi qul”.
Oxucuları ilə hər bir görüşü ədəbi hadisəyə çevrilən yazıçının yeni kitabında son illərdə yazdığı hekayələri və  novellaları toplanmışdır ki, bu əsərlər “Literaturnaya qazeta” qəzetində, “Neva”, “Yeni dünya” kimi ədəbi jurnallarında dərc edilmişdir.
Yeni kitab barədə Rusiya tənqidçisi Yevgeniya Kulakovskaya yazır: “Çoxları tərəfindən tanınan və sevilən Boris Yevseyev öz çoxşaxəli nəsrindəki gözlənilməz mənəvi gedişləri, kəşfləri ilə oxucusunu təəccübləndirməkdə davam edir. İnsanla təbiətin, canlıyla cansızın, daxili dünya ilə xarici dünyanın, sözlə səsin, görünənlə görünməyənin vəhdətindən bəhs edən “Quşların payız sərsəmliyi”, “ İlahi qul”, “Əcinnələri məhvedən”, “Sulfazinli xaç” kimi hekayələri könül oxşayır”.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.