Bakıda VIII Beynəlxalq “Musiqi və rəqs” konqresi təşkil edilib


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi çərçivəsində VIII Beynəlxalq Bakı “Musiqi və rəqs” konqresi təşkil edilib.
BMA-dan AzərTAC-a bildirilib ki, konqres çərçivəsində rəsm sərgiləri, konfranslar və axşam konsertləri təşkil olunub.
Konqresin konsertində tələbələrlə yanaşı, Azərbaycanın görkəmli sənətkarları da iştirak ediblər. Onların sırasında AzTV-nin “Qaytağı” instrumental ansamblının bədii rəhbəri, Xalq artisti Ənvər Sadıqov da yer alıb.
Tədbirə Türkiyə, Braziliya, Argentina, İordaniya, Xorvatiya ölkələrinin səfir və nümayəndələri də qatılıb.