YARAT-ın “Tarix yazılarkən” adlı payız sessiyasının ilk debatı müasir incəsənətə həsr ediləcək

“YARAT Akademiyası”nın təşkilatçılığı ilə keçirilən “Tarix yazılarkən” adlı payız sessiyasının ilk debatı təşkil olunacaq.
“YARAT”dan bildirilib ki, oktyabrın 25-də reallaşacaq debatın moderatoru Fərid Abdullayev, rəssamlar Rəşad Ələkbərov, Orxan Hüseynov və Faiq Əhməd ilə Azərbaycanda müasir incəsənətin 2011-2021-ci illərdə inkişafını müzakirə edəcəklər.
Qeyd edək ki, sessiyanın növbəti debatlarında xarici ekspertlərin də çox maraqlı müzakirələri gözlənilir.