“Arzuları öldürməkdən də böyük cinayət yoxdur” – Xorxe Anhel Livraqanın Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə Xorxe Anhel Livraqanın aforizmlərini təqdim edir. Toplayanı və tərtib edəni: C.Məmmədovdur.

 

 

 

Xorxe Anhel LİVRAQA:

 

Biz insanıq ... ona görə ki, ruhumuz var, ona görə ki, Allaha inanırıq.

***

Heç kimsə özünü tənha və zavallı bilməsin; varlığında Tanrıdan zərrə daşıyan bir kəs nə yalqız, nə də zavallı ola bilər.

***

Böyük fikirlərin yaşandığı bir cəmiyyətdə tənha olmaq olmaz.

***

Təbiətin qanunlarına əsla müqavimət göstərməyin...

***

İnsan təbiətdən uzaqlaşdıqca qəlbi də qatılaşır.

***

Səbir – əbədiyyətin insanı sınamağıdır.

***

Bütün doğrular və bütün həqiqətlər ağılla da, ürəklə də uyum içində olur.

***

Çətin olanla dəyərli olan arasında əsrarəngiz bir bağ vardır.

***

Arzuları öldürməkdən də böyük cinayət yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2023)