“Vicdanın səsini ən asan pul cingiltisi batırır” - Aforizmlər xəzinəsindən Featured

“Ədəbiyyat və incəsənət” portalı “Aforizmlər xəzinəsi” rubrikasında tanınmış statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir. 

 

1.Öz içini təmizləsən, başqalarını da daha təmiz görəcəksən.

2.Kişinin arqumentləri qulaqla eşidilər, qadının arqumentləri gözlə görünər.

3.Kişinin yaşamağa min, uğrunda ölməyə bir səbəbi həmişə olmalıdır.

4.İnsan üçün ən ağır yük keçmişi özü ilə daşımaqdır.

5.İşığa doğru gedən kölgə görməz.

6.Sonsuzluğu qəbul ediriksə, heç nəyin müvəqqəti olmadığını da qəbul etməliyik.

7.Təbiətdə hər yaradılanın möcüzə olduğuna inansan, özünü də möcüzə kimi görəcəksən.

8.Təsadüflər həyatın ədviyyatıdır, onlarsız həyat çox dadsız olardı.

9.Utanmaq kiçik günahların əlamətidir, böyük günahlar abırsızlıqla  şərikdir.

10.Vicdanın səsini ən asan pul cingiltisi batırır. 

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)