“Didaktika xəzinəsi” - Kim axmaqdır? Featured

 

“Ədəbiyyat və incəsənət” ən hikmətli pritçaları seçib dərc etməkdə davam edir. Bu, xüsusən yeniyetmələrin formalaşmasında vacibdir. Biz təlim-tərbiyəni yalnız məktəbin və valideyinlərin üzərinə atırıq. Halbuki, medianın, sosial medianın bu işdə hədsiz yükü olmalıdır.

Rubrikanı psixoloq Güldəstə Eyvazova aparır. 

 

Uşağın biri bərbərə girincə bərbər təraş etdiyi müştərisinə deyir: 

-Bu içəri girən uşaq var ya, dünyanın ən axmaq insanıdır, izlə indi.

Bərbər ani bir əl hərəkətiylə uşağı yanına çağırır.

Bir əlində 1 manat, digər əlində 5 manat uşağa uzadaraq "hansını istəyirsən" deyə soruşur, uşaq da 1 manatı götürüb çıxır. 

Bərbər müştərisinə dönərək "gördünmü, heç dəyişməz, hər gün bunu təkrarlıyar, bu tam bir axmaq" deyir. 

Daha sonra müştərisi təraşını alıb çölə çıxdığında 100 metr irəlidə dondurma yeyən həmin uşaqla qarşılaşır. 

Uşaqdan niyə  5 manatın yerinə 1 manatı götürdün deyə soruşur.

Uşaq da dondurmasını yalayaraq adama cavab verir:

-Mən o 5 manatı götürən an oyun bitər. Belə isə gündə 1 manat qazancım var.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2023)