“İrəvan mətbəxindən nümunələr” layihəsində İçi tərəvəzlə doldurulmuş alabaliq

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə sobada İçi tərəvəzlə doldurulmuş alabaliğın hazırlanma qaydasını təqdim edəcəyik.

 

 DÜSTUR 

§ Balıq – 200 qr

§ Pomidor – 30 qr

§ Kərə yağı – 20 qr

§ Heyva – 30 qr

§ Qırmızı soğan – 20 qr

§ Yaşıl bolqar bibəri – 20 qr

§ Acı bibər – 3 qr

§ Limon – 10 qr 

§ Cəfəri – 20 qr 

§ Kök – 20 qr

§ Nar – 15 qr

§ Mərzə (quru) – 2 qr

§ Sarıkök – 0,1 qr

§ İstiot (dənəvər) – 0,05 qr 

§ Duz – 4 qr

  

HAZIRLANMASI:

Alabalığın qarın hissəsindən çox da böyük olmayan kəsik açılır, içalatı, qəl- səməsi təmizlənir, təmiz yuyulur. Duz, istiot, sarıkök, kərə yağı qarışdırılır. Ha- zırlanmış qarışıq balığın üzərinə sürtülür. Əsasən, qulaq və qarnının içərisinə sürtülür. Balığın qarnının iç hissəsindən bel hissəsinə qədər aşpaz çəngəli ilə deşilir. Sonra içlik hazırlanır. Baş soğan nazik aypara şəklində doğranır, pomi- dorun iç hissəsi çıxarılır, ətli hissəsi samanvarı şəkildə doğranır. Kök, heyva sürtkəcdən keçirilir. Cəfəri xırda-xırda doğranır. Tərəvəzlər qarışdırılır, limon suyu, mərzə qurusu, duz, istiot vurulur. Içlik balığın qarnına yığılır. Balığın qarnı tikilir, yaxud aşpaz iynəsi, taxta şişlərlə qarnının kəsilmiş iki tərəfi bir- ləşdirilir. Tərəvəzlərin, ədviyyatların dadı balığa qarışsın deyə arxası üstə sərin bir yerdə 5-6 saat (bu müddət arta da bilər) saxlanılır. Deşən zaman balığın dərisi zədələnməməlidir. Həmçinin balığın pulları təmizlənmir, sadəcə olaraq, yuyulur. Balığın əti zərif olduğuna görə dərisi bişdikdən sonra balığın bütöv çıxması üçün zireh rolunu oynayacaq. Alabalığın baş və quyruq hissəsi bir-bi- rinə bağlanır, balıq aypara şəklini alır.

Münasib tavanın (məcməyi, soba sinisi) içərisinə ağac budağı döşənir, ba- lıq onun üstünə qoyulur. Daha sonra 180°C-də qızdırılmış sobada 30-35 dəqiqə ərzində bişirilir. Hazır olduqda sobadan çıxarılır, tikişləri açılır. Içərisindəki tərəvəzlər çıxarılır, boşqaba yığılır, yanında bütöv qövs şəklini almış balıq qoyulur, üzəri limon, cəfəri göyərtisi ilə bəzənir, nar dənələri səpilir və süfrəyə verilir. Ehtiyac olduqda doğranıb, pay şəklində süfrəyə verilə bilər.

QEYD: Sininin içərisinə eni 5 sm, qalınlığı 5 mm, uzunluğu sini boyu olan zolaq şəklində taxta ona görə qoyulur ki, balıq siniyə yapışmasın, götürmək rahat olsun.

 

Nuş olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2024)