“İrəvan mətbəxindən nümunələr” layihəsində Qat-qat xəmirdə balıq boğçası

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qat-qat xəmirdə balıq boğçasının hazırlanma qaydasını təqdim edəcəyik.

 

 DÜSTUR 

§ Ala qızılbalıq filesi – 120 qr

§ Limon suyu – 10 qr

§ Qat-qat xəmir – 100 qr

§ Mərzə qurusu – 3 qr

§ Duz – 4 qr

 

HAZIRLANMASI:

Əvvəlcə balığın filesi 60 qramlıq kvadrat tikələrə doğranır, sonra duz, istiot, limon suyu, mərzə vurulur və basdırma olunur. Qat-qat xəmir yayılır və balığın ölçüsündən bir az kiçik,

kvadrat şəklində kəsilir, boğça şəklində bükülür. 180°C-də əvvəlcədən qızdırılmış sobaya (kürəyə, təndirə) qoyulur və 20-25 dəqiqə ərzində bişirilir. Hazır olduqda hər paya 2 ədəd olmaqla boşqaba çəkilir. Üzəri limon, giləmeyvələrlə bəzənir və süfrəyə verilir.

QEYD: Bu xörək sobada, közdə bişirilmiş meyvələrlə də verilə bilər.

 

Nuş olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)