Bakıda keçiriləcək beynəlxalq festivaldakı filmlər məlum oldu

On ikinci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Yerli müsabiqəsində “Qızıl Nar” uğrunda yarışacaq filmlər müəyyənləşib.
Bu barədə Lent.az-a festivalın təşkilat komitəsindən məlumat verilib.
Müsabiqədən iştirak edən filmləri təqdim edirik:

BƏDİİ
1. ARTIQ – Rejissor: Fərid Hüseynov
2. ARZU – Rejissor: Rüfət Əlizadə
3. F63.2 – Rejissor: Müşfiq Mirzə
4. KÖMƏK EDİN! – Rejissor: Rüfət Hüseynov
5. QALDIRIN YELKƏNLƏRİ – Rejissor: Səbinə Haqverdiyeva
6. SATILIR – Rejissor: Aliyə Mollayeva
7. SƏSSİZ ÜSYANLAR – Rejissor: Tural Hacı
8. 28 – Rejissor: Elvin Əhmədoğlu
 
SƏNƏDLİ
1. BİR OVUC YUMOR VƏ CANSIXICI KƏDƏR – Rejissor: Lalə Əliyeva
2. MƏN GƏNCƏYƏM - Rejissor: Ramil Ağasıyev
3. MƏNİM AİLƏM - Rejissor: Afaq Yusifli
4. PAPNİN- Rejissor: Türkan Hüseynova
5. SƏMADA QALAN GƏNCLİK - Rejissor: Babək Abbaszadə
 
ANİMASİYA
1. EVƏ QAYIDIŞ - Rejissor: Ağarəhim İbrahimov
2. İNİLTİ – Rejissor: Ruslan Kərimov
3. TIQ- TIQLA MÖCÜZƏLƏR AXTARIŞINDA - QOBUSTAN – Rejissor: Sultan Abbasbəyli
4. +65 – Rejissor: Sevinc Quliyeva
 
SOSİAL ÇARX
1. AĞ ÖLÜM - Rejissor: Şəfa Həsənova
2. XOCALI NİŞANƏSİ - Rejissor: Elçin Elxanlı
3. İNTİHARA SON -  Rejissor: Cavad Nur  
4. KORONA İNCƏSƏNƏTƏ YARDIM - Rejissor: Cavid Səmədov
5. QARABAĞ - HƏR KƏSİN ORTAQ ARZUSU - Rejissor:  Nicat Qulam
6. NƏSİLLƏR - Rejissor: Ülviyyə Əhmədova
7. VƏTƏN BİZİK -  Rejissor: Rəhman Allahverdiyev
8. VƏTƏN SƏNƏ ƏMANƏT - Rejissor: Masər Həsənov
9. VƏTƏNİM AZƏRBAYCAN! – Rejissor: Kərim Rəhimov

Qeyd edək ki, "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən festivala hər il dünyanın müxtəlif ölkələrindən 2000-dən çox film göndərilir. Onların arasında Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlər də yer alır.