Dünyanın ən son teatr hadisəsinə Belçika truppası imza atdı Featured

Beynəlxalq teatr təqvimi yayda adətən boş olur, amma bir-iki istisna ilə. Bu istisnalardan biri Dyagilevsk teatr festivalıdır ki, bu yay həmin festival Rusiyanın Perm şəhərində keçirildi. Festivalın kulminasiyası isə Belçikanın Peeping Tom şirkətinin diptixinin Rusiya premyerası oldu. Söhbət Qabriel Karrizonun və Franka Şartyenin "İtkin qapı / itirilmiş otaq" adlı iki hissəli tamaşasından gedir.
“Ədəbiyyat və incəsənət” portalı “Kommersant deyli” nəşrinə istinadən xəbər verir ki, bu, mövcud
olduğu 22 il ərzində Belçikanın məşhur Peeping Tom şirkətinin  Rusiyaya ilk gəlişi idi. Düzdür, 2019—cu ildə, koronavirusun hücumundan qabaq Danceİnversion festivalında Karrizo-Şartye tandemi "31, Vandenbranden küçəsi" adlı tamaşa göstərmişdi, amma onda belçikalı virtuozların çıxışı müstəqil deyildi,  Lion operasının tərkibində idi. Effekt sarsıdıcı alınmışdı.
Frank Şartye budədəki nümayişdən qabaq  mediaya açıqlamasında bildirdi ki, sözügedən tamaşanın sifarişçisi Niderland rəqs Teatrı(NDT)dır, tamaşa hansısa Okean layneri haqqındadır, hansında ki, təxminən detektiv hadisələr baş verir. Və əlavə də etdi ki, onlar Gabriella Karrizo ilə bu layneri müstəqil səfərə buraxmaq qərarına gəldilər, tamaşanı yenidən qurdular və üç hissəyə genişləndirdilər, bunun üçün layihə iştirakçılarını topladılar; səkkiz nəfər lazım idi, çağırışa isə dünyanın hər yerindən, demək olar ki, iki min nəfər cavab verdi.
Bu tamaşanı Peeping Tom Dyagilov festivalına böyük ümidlərlə gətirmişdi. Əslində, min il bundan əvvəl çılpaq Ledi Qodivanın Koventri üzərindən necə keçdiyini görməyə cürət edən, nəticədə gözlərini itirməklə cəzalandırılan əfsanəvi şəhər sakininin adını daşıyan Peering Tom şirkəti bu addaşımaqda öz iddiasını irəli qoyur: teatr  gözqamaşdıran dərəcədə gözəl olmalıdır, hətta gözlərin tutulmasına da səbəb olmalıdır.
 Voyerist yanaşma - özgə həyatının dibsiz quyusuna baxılması onların işlərinin əsas üsuluna çevrilib, səhnə təcəssümü isə o qədər orijinal alınıb  ki, tənqidçilər "bədən Teatrı"nın xüsusi tərifi ilə qarşılaşmalı olublar. Yəqin ki, simvollar həddindən artıq möhtəşəm alınıb və bu absurd həyat, hiperrealist dekorasiya ilə  Peeping Tom tamaşalarını etik və estetik mənada göstərməyə müvəffəq ola bilir.
Peeping Tom yaradıcılarının məslək ardıcıllığı davamlı olaraq, sanki serial şəklində “Ev”, “Bağ”, “Ana”, “Ata”, “Uşaqlar” kimi tamaşalara həyat vəsiqəsi verib.
Şirkətin həyatının yeni mərhələsi daimi truppa saxlamamaq, artistlərin gedişinə yaşıl işıq yandırmaq, tamaşalarda təkcə aktyorlarla yanaşı rəqqaslar-akrobatlar-sirkçilər deyil, həm də istənilən kombinə edilmiş epizodlara, tryuklara qol qoya bilən kaskadyorları cəlb etməkdən ibarətdir.
İstənilən halda tandem öz prinsiplərini dəyişməyib: Qabriel Karrizonun" itkin qapı”sı və Frank Şartyenin" itirilmiş otağı" (Triptixin sonuncu hissəsi Perm şəhərinə gətirilməmişdi) çoxdan sınaqdan çıxmış konstruksiyanın köməyi ilə yaradılıb və demək olar ki, bir-birindən leksik və kompozisiya cəhətindən fərqlənmir.
Tamaşanın əsas qayəsi isə ən müxtəlif hoqqalarla ortaya dərin məzmunlu qara yumor qoymaqdır.
Bəli, tamaşa çox sevildi, teatr kuluarlarından və mediadan sədası uzun müddət əskik olmayacaq.