Firəngizi necə “yalanpışdan” öpdülər Featured

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Firəngiz Mütəllimovadır.

 

 

FİRƏNGİZ MÜTƏLLİMOVA

(1959)

***

“Bəyin oğurlanması” filmində Nəsibə Zeynalovanın “yalanpışdan” sözü dillərə düşmüşdü. Bir dəfə qohumların arasında məclisdə idim, yaşlı qadınlardan biri məni görən kimi:

– Ay Firəngiz, çoxdandı səndən soruşmaq istəyirəm, – deyərək, sözə başlamaq istədi.

– Nəsibə xanım dedi də “yalanpışdandır”, – deyib, arvadı danışmağa qoymadım.

Qadın gözlərini döyə-döyə qaldı. Və dedi:

– Mən gördüm axı, o gədə səni traxtorda doğruçu öpdü.

Cavabında söylədim:

– Off, doğruçu öpdü, ancaq nə olsun, “yalanpışdan” öpdü.

Yazıq çiyinlərini çəkdi.

– Nə bilim…

Hamı gülüşdü.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)