Bir sarı iki sarıya çevriləndə nələr olurmuş Featured

“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubunda bu dəfə sizlərə portalın sosial media qrupunun yeni üzvü Qoşqar İsmayılzadənin bir yumoreskasını təqdim edəcəyik. Debüt üçün heç də pis deyil, elədirmi?

 

 

+ Alo, Salam müəllim. Necəsiniz ?

- Sağ olun, siz necəsiniz ? 

+ Vəziyyətiniz necədi ? Kefiniz əhvalınız necədi ? 

- Çox sağ olun şükür, yaxşıdı, siz yaxşı olasınız. Üzürlü sayın, tanıya bilmədim, kim idi ?

+ Çox sağ olun, təki yaxşı olasınız həmişə. Sizdən bir şey xahiş etmək istəyirdim...

Eşitdim bu gün universitetdə imtahandı, sizin qrupların birində oxuyan Murad adlı bir oğlan var. Elədi ?

 

- Aha, elə biri var. 

+ O uşaq mənim xalaoğlumdu. 

- Lap yaxşı

+ Onun qiymətini yüksək yazarsınız. Hörməti nədisə edəcəm, narahat olmayın. 

- Siz nə danışırsınız ?! Mən edə bilmərəm elə bir şey, bu təhsildi, ticarət deyil. Həm o uşaq oxuyan biri deyil. 

+ Sizi mənə çox tərifləyiblər. Deyiblər ki, çox ağıllı insansınız, başa düşənsizniz. Ümidvaram ki, bu dəfə də məni başa düşəcəksiniz. 

- Yox ey qardaş, alınmaz. Siz yanlış adama zəng vurmusunuz. Deyəsən məni kimləsə səhv salırsınız. 

 

+ Bir sarılıq bəs edər ?

- Mən dedim axı sizə, alınmaz. Bu rüşvətdi, mənsə rüşvəti qəbul edə bilmərəm. Vicdanım buna yol verməz, belə bir şeyi qəbul etməz. 

+ Yaxşı, mən sizi başa düşdüm. Həm bu rüşvət deyil ki, sadəcə kiçik bir şirinlikdi. Sadə zəhmət haqqı, vəssalam. Bunu şişirtməyə nə gərək var axı ?! Sabah imtahandan sonra Murad nəticəni öyrənməyə gələndə 2 sarılıq zərfin içində olacaq. İndi yəqin ki, bir-birimizi başa düşdük. 

 

- Murad onsuz da ağıllı tələbədi. O özü yaza biləcək. Sabah imtahandan sonra yanıma gələr, mən ona nəticəsini deyərəm. Narahat olmayın. 

+ Lap yaxşı, Allah sizin kimi müəllimləri bizim cəmiyyətdən əksik etməsin. Bilirdim ki, bir-birimizi anlaya biləcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)