“Samovar və çaynik” - Hümbət Həsənoğludan pritça Featured

Gözəl kəlamlar, fikirlər həyatımızı da gözəlləşdirər. “Ədəbiyyat və incəsənət” statusman Hümbət Həsənoğlunun bu dəfə ibrətamiz bir pritçasını təqdim edir. 

 

 

Samovar çaynikə irad tutdu:- hər stəkana əyilmə, mənim kimi qürurlu ol, qoy stəkanları sənin yanına gətirsinlər.

Çaynik cavab verdi: -Olanımla  bölüşdüyümdən, hər stəkana əyilməkdən narahat deyiləm, əksinə, məmnunam.

Elə bu səxavətimə görə də məni insanlar həmişə sənin başının üstünə qoyurlar.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)