Varner Bros Studiyas necə muzeyə çevrildi? Featured

“Ədəbiyyat və incəsənət” Şəmil Sadiqin Böyük Britaniya səfəri barədə yol qeydlərini sizlərə təqdim edir. 

 

London Harri Porter filminin çəkildiyi məşhur Varner Bros Studiyası bu gün muzey kimi fəaliyyət göstərir! 

Məkan nəhəngdir! 

Filmdə istifadə edilən bütün əşyalar, maşınlar, bir sözlə hər şey sərgilənir! Ən əsası da odur ki, ən sevdiyim interaktivlik var. 

Deməli, film çəkilişlərinin necə olduğunu izah etmək üçün xromakey qurulub, özünü bir obrazın rolunda filmləşdirə bilirsən!  Hardasa 40-50 paunta başa gələn bu ödəniş biletdən ayrıcadır! 

Əsərlə tanışlığı olanlar üçün unudulmaz mənzərələrdir! 

Mənim diqqətimi isə muzeyin quruculuğu, sujeti, kompozisiyası daha çox çəkdi!

Şəkil də oradandır. 

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)