Azərbaycan BMT Turizmin İcraiyyə Şurasının 121-ci sessiyasında təmsil olunub

İspaniya Krallığının Barselona şəhərində BMT Turizmin İcraiyyə Şurasının 121-ci sessiyası keçirilib.

 

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, Səudiyyə Ərəbistanı Krallığının sədrliyi ilə təşkil edilən sessiyada təşkilata üzv olan 30-dan çox dövlətin nümayəndələri iştirak edib.

Sessiya çərçivəsində çıxış edən Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov, öz növbəsində cari ilin noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində turizm mövzusunun daha geniş təmsil olunması ilə bağlı hazırda BMT Turizm ilə aparılan əməkdaşlıq haqqında ətraflı məlumat verib.

COP29-un iqlim dəyişikliyi siyasətində turizmin rolunun gücləndirilməsinin əhəmiyyətli təsirə malik olduğunu vurğulayan Kənan Qasımov İcraiyyə Şurasının üzvlərini COP29 təşkilatçılığında BMT Turizm ilə birgə irəli sürülən təşəbbüslərə dəstək olmağa çağırıb.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)