Cəlil Cavanşir qabaqcıl dünya ədəbiyyatındakı ədəbi agentlik xidmətini təklif edir

İstedadlı və sevilən şair, yazıçı Cəlil Cavanşir Azərbaycan ədəbiyyatında bir ilkə imza ataraq kompleks ədəbi xidmətlər, o cümlədən də ədəbi agentlik xidməti təklif edir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Cəlil Cavanşir ədəbi agentliyi” adlanan qurum aşağıdakı xidmət paketini təqdim edir: 

1. Kitab nəşri və kitabların çapa hazırlanması

- Yazıçı və şairlərin kitablarının yerli və xarici nəşriyyatlarda nəşri;

- Əsərlərin peşəkar redaktəsi və korrektəsi;

- Kitabların peşəkar tərcüməçilər tərəfindən xarici dillərə tərcüməsi;

2. Kino və dramaturgiya

 - Yazıçı, dramaturq və ssenaristlərin əsərlərinin teatr və kino prodüserlərinə təqdim edilməsi;

- Əsər əsasında ssenarinin yazılması;

- Peşəkar kino və reklam ssenarilərinin yazılması;

- Kopirayter (copywriter) xidməti;

- Videoçəkiliş və montaj xidməti;

- Prodüser xidməti;

3. Audiovizual xidmət, marketinq və PR

- Audio-kitabların peşəkar aktyorlar tərəfindən səsləndirilməsi;

- Kitab satışının, marketinq və PR işlərinin təşkili;

- Wikipedia səhifələrinin hazırlanması və idarə edilməsi;

 

Əməkdaşlıq etmək üçün bu telefon nömrəsi (+994 55 662 44 88) və elektron poçtla ( Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. ) əlaqə saxlamaq mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)