Aida Eyvazlı Saxa Yakutiya Respublikasının mükafatına layiq görülüb

Saxa Yakutiya  Respublikasında keçirilən IV Beynəlxalq “Böyük qarın alqışı” poeziya festivalında tərcüməçi, jurnalist Aida Eyvazlı Azərbaycanı təmsil edib. Festivalda Azərbaycandan və ev sahiblərindən başqa Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Kareliya, Tatarıstan, Xakasiya respublikalarından yazarlar iştirak edib. 2013-cü ildən sonra ənənəvi hal alan “Böyük qarın alqışı” festivalı yakut xalq şairi Natalya Xarlampyevanın təşkilatçılığı ilə keçirilir. Builki festival Yakut xalqının klassik şairi Semen Danilova həsr olunub.
Festival iştirakçıları Platon Oyunski adına ədəbiyyat muzeyində, Dövlət rəsm Qalareyasında, Milli Kitabxanada görüşlərdə və poeziya gecəsində iştirak ediblər.
Aida Eyvazlı böyük türk klassiki Platon Oyunskinin "Qırmızı şaman" kitabını tərcümə etdiyinə görə Saxa Yakutiya Respublikasının ali mükafatı -  "Xalqlar arasında Sülh və Dostluq əlaqələrinin möhkəmləndirilməsinə görə" medalı ilə təltif olunub. Mükafatı ona Saxa Yakutiya Respublikasının Baş nazirinin müavini Sergey Vasilyeviç Mestnik təqdim edib.
Aida Eyvazlı qazandığı nailiyyətə görə zəhmətinə dəyər verən Yakutiya Yazıçılar Birliyinin sədri Natalya Xarlampyevaya, eləcə də onun Saxa Yakutiya ilə əlaqələrinin qurulmasına səbəb olan şair Əkbər Qoşalıya sonsuz təşəkkürlərini bildirib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.