“Yağış yuyur, gün qurudur” Avstriya ədəbiyyat jurnalında

Avstriyanın populyar “Schreib Was” ədəbiyyat jurnalı “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində (ADTM) Azərbaycanın Xalq şairi Ramiz Rövşənin alman dilinə tərcümə olunmuş “Yağış yuyur, gün qurudur” şeirinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.
Rüblük jurnal mütəmadi olaraq müasir dünya yazarlarının əsərlərini, ədəbiyyat və incəsənətə dair məqalə, müsahibə və xəbərləri dərc edir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.