Sabah ənənəvi şeir müsabiqəsi başlayır

Dünya Gənc Türk Yazarlar Birliyi 17 fevral 2023-ci (saat 15:00) tarixində mərhum şairə Fərqanə Mehdiyevanın xatirə gecəsi və  xatirəsinə həsr olunmuş ənənəvi şeir müsabiqəsi təşkil olunacaq. 15 fevral 2023-cü il tarixinədək 40 yaşa qədər olan gənc yazarlar (istənilən mövzuda bir şeirini ( Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. ünvanına göndərməklə) müsabiqəyə qoşulublar.   

 

15 fevral 2023-cü il tarixinədək müsabiqəyə göndərilmiş şeirlərdən ikinci mərhələyə keçənlər şeir gecəsində müəlliflər tərəfindən səsləndiriləcək və münsiflərin canlı səsverməsi ilə qaliblər seçiləcək. Müsabiqənin qalibinə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təsis olunmuş "Fərqanə" ədəbi mükafatı, ikinci və üçüncü yeri tutan iştirakçılara isə diplomlar təqdim olunacaq.  Tədbir Dünya Gənc Türk Yazarlar Birliyinin və "Fərqanə ədəbi məclisi"nin  birgə təşkilatçılığı ilə Yunus Əmrə İnstitutunda baş tutacaq.

Ünvan: Rəşid Behbudov  142, (Azərbaycan Dövlət Dillər Universitetinin yanı)

Qeyd: keçən il yarışmada qalib gəlmiş şəxslər yarışmaya qatıla bilməz...

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2023)