Sevgidə heç- heçə olmur, ya hər iki tərəf udur, ya hər iki tərəf uduzur. Featured

HÜMBƏT HƏSƏNOĞLUNİN AFORİZMLƏRİ

 

1) “ Düşmənlərim yoxdur” deyən insan dostlarını yaxşı tanımır.

2) İtin həyatı kimə hürməsindən və kimə quyruq bulamasından asılıdır- lap insanlardakı kimi.

3) Qəlbə yağan yağışa çətir açmaq olmur.

4) Dünyanı, bəlkə də, gözəllik xilas edərdi, amma eybəcərlər buna imkan verməz.

5) Böyük buludun kölgəsindənsə, kiçik ağacın kölgəsi etibarlıdır.

6) Həyat səhvlərinin yazı səhvləri kimi rezin pozanı olmur.

7) Kişi bircə qabırğasından düzəldilmiş qadına görə bütün canını qurban verməli olur.

8) Sevgidə heç- heçə olmur, ya hər iki tərəf udur, ya hər iki tərəf uduzur.

9) Aldadılmağa hazır olmayan insan yaşamağa hazır deyil.

10) Həyat mahnı, sevgi onun nəqarətidir.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)