Bazar günü “Əqrəb” təqdim ediləcək

Bazar günü “LIBRAFF˝  kitab mağazaları şəbəkəsində - “Park Akademiya" filialında yazar Ceyhun Hidayətli ilə görüş və “Əqrəb” romanının imza günü olacaq.

 

İctimai TV"də yayımlanan "Əqrəb mövsümü" serialı böyük ajiotaj doğurdu, ölkə serial industriyasını sanki müsbətə doğru xeyli köklədi. Filmin ssenarisi Ceyhun Hidayətlinin “Əqrəb” romanının motivləri əsasında yazılmışdı. Həmçinin  “Bəyaz şeytan” və “Qapılar arasında ölüm” kitablarının da müəllifi olan Ceyhun Hidayətli məhz “Əqrəb”lə parladı. 

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2023)