“Əqrəb”in təqdimatı olacaq

İctimai TV"də yayımlanan "Əqrəb mövsümü" serialı böyük ajiotaj doğurdu, ölkə serial industriyasını sanki müsbətə doğru xeyli köklədi. Filmin ssenarisi Ceyhun Hidayətlinin “Əqrəb” romanının motivləri əsasında yazılmışdı. Həmçinin  “Bəyaz şeytan” və “Qapılar arasında ölüm” kitablarının da müəllifi olan Ceyhun Hidayətli məhz “Əqrəb”lə parladı. 

 

“LIBRAFF˝  kitab mağazaları şəbəkəsində - “Park Akademiya" filialında 12 fevral saat 15:00-da Ceyhun Hidayətli ilə görüş və kitabın imza günü olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)