Ədəbiyyat nominasiyasında Orxan Cuvarlı və Aytac Sahəd laureat olublar

Gənclər Günü münasibəti ilə Gənclər və İdman Nazirliyi ən müxtəlif nominasiyalar üzrə il ərzində fərqlənən gəncləri “Gənclər mükafatı” ilə təltif edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, "Ədəbiyyat" nominasiyası üzrə Orxan Cuvarlı və Aytac Sahəd laureat olublar və Gənclər və İdman Nazirliyinin təqdim etdiyi mükafatla təltif ediliblər.

Qeyd edək ki, təltifetmə mərasimi 2023-cü ilin "gənclər paytaxtı" seçilən Mingəçevir şəhərində baş tutub.

Foto: Zaur Mustafayevindir.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)