Almaniyada Azərbaycan həqiqətləri

Rate this item
(1 Vote)

 

Berlin şəhərində alman və italyan dillərində “Dünyanın sülh kitabı” adədəbi antologiya işıq üzü görmüşdür. Beynəlxalq Yazıçılar Gildiyasının və Yaradıcılar Sülh Uğrunda Federasiyasının birgə nəşr etdirdikləri antologiyada ABŞ, Almaniya, İtaliya, İsrail, Rusiya, Ukrayna, Avstraliya kimi ölkələrin yazıçılarının seçmə əsərləri yer almışdır. Vladimir Bentsler, Kalodyero La Vekkya, Tatyana Kayzer, Oleq Pudov, Vladi Benz, İrina Yavorovskaya kimi tanınmış ədiblərlə yanaşı antologiyada azərbaycanlı yazıçı Varis də təmsil olunmuşdur. Redaksiya heyəti həmyerlimizin “ Payız natürmortu” əsərini oxuculara təqdim etmişdir. 

 

“Payız natürmortu” insanın maddi və mənəvi azadlıqlarından, canlıların yaşayış vəhdətindən, Xeyirlə Şərin əbədi mübarizəsindən bəhs edir. Əsərdə 30 ilə yaxın işğal altında qalmış Azərbaycan ərazilərində erməni faşizminin vandallıq nümunələri də öz əksini tapmışdır. 

 

“Dünyanın sülh kitabı” Avropanın böyük kitabxanalarına, kitab palatalarına, universitetlərinə hədiyyə olunmaqla yanaşı kitab mağazalarının rəflərində də yer alacaq.