Divanı qurulan 17 erməni kimdir? Featured

 

“Yalanın 17 anı” sənədli fentezisi böyük rezonans doğurduğundan müəllifin - yazıçı Adəm İsmayıl Bakuvinin seçimində portalımız romanın ən maraqlı hissələrini dərc etməkdədir. Müsbət haldır ki, tarixi faktlarla ermənilərin iç üzünü açan bu romandan seçmələri oxucular sosial mediada paylaşmaqdadırlar. Qoy hamı oxusun və agah olsun.

Divanı qurulan 17 erməni kimdir? Bu gün bu sualal cavab alacaqsınız.

 

 Axirət insanları çaş-baş halda nə baş verməsini öyrənmək üçün hey bir-birini sual atəşinə tutmaqda ikən birdən səsgücləndiricilər işə düşdü, uca və soyuq kişi səsi elan etdi:

-Axirət insanları, bu dəfəki Böyük Divan əvvəlkilərdən iki cəhətinə görə fərqlənəcək. Əvvəla, bu dəfə biz bir nəfəri deyil, birdən-birə 17 nəfərin divanını quracağıq. İkincisi isə, onlardan bəziləri bizim Axirət dünyamızın sakinləri olduğu halda bəziləri Əsas dünyanın sakinləridir, buna görə, şahidlərin də bəziləri bizim dünyamızın, bəziləri Əsas dünyanındır. Bu səbəbdən bu gün bizim Əsas dünyadan qonaqlarımız gəlib. Şahidləri Divan bitəndən sonra ədəb-ərkanla geriyə - Əsas dünyaya göndərəcəyik. Divanı qurulanların isə suçları isbat edilərsə dərhal qeybə yollanacaqları gözlənilir.

Baş Meydanı ah və oflar, təəccüb və heyrət nidaları bürüdü. Bu vaxt şəkillərin üstündəki  ağ örtüklər götürüldü, 17 nəfərin siması göründü. Dərhal da simalar bağlandı. Divanın qaydalarına görə təqsirləndirilənin üzübağlı portreti proses elan edilərkən səhnədən asılmalı, üzü isə proses başlananda açılmalı idi.

“Qalxın, Böyük Divanın hakimləri gəlir!” nidası da özünü çox gözlətmədi, üç qara fraklı hakim keçıb Hakimlər kürsüsündə yer aldılar. Prosesin ilk hazırlıq iclasının  başlandığı elan edildi.

Ortada əyləşmiş Divanın Baş Hakimi, orta yaşlı, azacıq çallaşmış saçlarını səliqəylə arxaya daramış, sifət cizgilərində sirli bir təbəssüm gizlənmiş şəxs çıxış üçün səsini arıtlayıb hər kəsi salamladıqdan sonra söylədi:

-Əziz və hörmətli Böyük Divan üzrə hakim həmkarlarım, Divan heyəti, Divan üzvləri, Divan tamaşaçıları. Bu gün tarixində ilk dəfədir ki, Böyük Divan bir şəxsə deyil, bir millətdən olan bir neçə şəxsə birdən qurulub. Bunun səbəbi odur ki, aralarında yüz  illərlə yaş fərqi olan bu şəxslər ümumi bir cinayət törətməkdə ittiham olunurlar, bu cinayətin adı “Böyük Ermənistan” xülyasıdır. Bu xülyaya həm öz xalqlarını qurban veriblər, yüz minlərlə erməni müharibə, qətliam, deportasiya acısı yaşayıb, uşaqların, gənclərin beyinləri zərərli millətçilik ideologiyası ilə zəhərlənib, həm də digər xalqlar, xüsusən qətlə yetirilən, müharibə və terrorla üzləşən türklər və azərbaycanlılar qurban gediblər. Mən prosesə başlamazdan öncə diktorlardan xahiş edərdim ki, sabahdan başlayacaq 17 prosesimizin anonsunu versinlər. Proseslər ardıcıl 17 gün davam edəcək, arada fasilə olmayacaq. Əminəm ki, sizləri yormayacağıq, nəfəskəsici bir proses gözlənilir. Buyursunlar diktorlar!

Uzun qara libaslı, gözəl görkəmli xanım diktorun səhnəyə çıxışını onun pərəstişkarları coşqu ilə qarşıladılar. Axirətin Kiçik və Böyük Divanlarında dəfələrlə bu xanım diktorluq etmiş, öz təkrarsız diksiyası ilə çoxlu heyran qazanmışdı. Xanım diktor əlindəki meşin qovluqdakı vərəqi olduqca ecazkar bir səslə oxumağa başladı:

-Birinci proses: Dünyanı bürüyən, çoxsaylı insan qətlinə, dağıntı və fəsadlara səbəb olan terror aktlarına görə.

Diktor qaydalara uyğun olaraq ittiham olunan şəxsin adını çəkmədi. Bu,  Stepan Zatikyan idi.

- İkinci proses: Sonradan erməni millətçiliyini insani cinayətkarlıqlara sürükləyən, qonşu dövlətlərə ərazi iddialarına həvəsləndirən saxta Böyük Ermənistan tarixinin yazılmasına görə.

 (Söhbət Vardan Aravelsidən gedirdi).

Üçüncü proses: Yaşadığı Osmanlı İmperiyasına xəyanətinə, erməni qiyamlarının təşkilinə, türk xalqının qətlimında iştirakına görə.

(Arutyun Şaxrikyan).

 Dördüncü proses: Yaşadığı Rus İmperiyasına xəyanətinə, rus millətinin nümayəndələrinin qətlinin təşkilinə, din pərdəsi altında müsəlman dinindən olan insanların fiziki məhvinə çağırışlara  görə.

 (Mkrtıç Xrimyan).

 Beşinci proses: Dünya siyasətinə “yataq anlaşması” kimi üzdəniraq, rüsvayçı bir təcrübənin gətirilməsinə görə.

(Yepiskop Mesrop).

Altıncı proses: Digər xalqların, əsasən də qonşu azərbaycanlıların minillik mədəniyyət nümunələrini oğurlayıb erməni xlqının adına saxtalaşdırması çabasına görə.

 (Araik Arutyunyan).

Yeddinci proses: Osmanlı və Rus imperiyaları ərazilərində türklərə və azərbaycanlılara yönəli ağlasığmaz vəhşiliklərlə müşayiət olunan qətliamlar həyata keçirdiyinə görə.

 (Andronik Ozanyan).

 Səkkizinci proses: 1918-ci ilin martında Bakı şəhərində yerli azərbaycanlılara qarşı təşkil olunmuş bolşevik-daşnak genosidinin təşkilatçılığında roluna görə.

(Asatur Vaçyants).

 Doqquzuncu proses: 1918-ci ilin aprelində Azərbaycanın Quba uyezdində yaşayan çoxmillətli əhaliyə, o cümlədən yəhudilərə qarşı həyata keçirilən qətliamın əsas siması olduğuna görə.

Xanım diktor bayaqdan bəri ilk dəfə özünü saxlaya bilməyərək ittiham olunanın adını çəkdi:

-Amazasp Srvantsyan.

Baş Hakimdən reaksiya gəlmədiyini görüb Divanın işlər vəkili dərhal xanım diktora irad bildirdi. O da üzrxahlıq edib növbəti proseslərin anonsunu verdi:

-Onuncu proses: Sovet hakimiyyətinin ilk ilində çoxsaylı erməni kommunistlərinin öldürülməsinə, erməni gənclərini nasizm ideologiyası ilə zəhərləməsinə, 2-ci dünya müharibəsi dövründə faşistlərin tərəfində döyüşən Erməni legion yaratmasına görə.

 (Söhbət Qaregin Njdedən gedirdi).

 On birinci proses: Dünyanın ən böyük kazino inhisarçısı olduğuna, çox sayda evlər yıxdığına görə.

 (Kirk Kerkoryan).

On ikinci proses: Azərbaycan Respublikasının Sumqayıt şəhərində erməni millətçiliyinin ən şərəfsiz aktına imza ataraq millətlərarası münaqişəyə od vurmaq üçün öz ermənilərini öldürməsinə, zorlamasına görə.

(Eduard Qriqoryan).

On üçüncü proses: Sovetlər dönəmində özbək xalqını müstəntiq kimi “Pambıq işi” adlanan saxta bir işlə olmazın məhrumiyyətlərə düçar etməsinə görə.

(Telman Qdlyan).

On dördüncü proses: Sonradan əksər SSRİ respublikasında millətlərarası münaqişələrin yaranmasına səbəb olan “Qarabağ problemi”nin ideoloqu olması səbəbindən.

 (Abel Aqanbekyan).

 On beşinci proses: Bəşər tarixində Xolokostla bir sırada duran bir qətliamın – Xocalı qətliamının əsas icraçılarından biri olmasına, Xocalı və Xocavənd  bölgələrində tarixin min illik qədim izlərini, ən qədim tarixi abidələri yerlə yeksan etdirməsinə görə.

(Mento Melkonyan).

On altıncı proses: Yazıçı, ziyalı adına ləkə gətirərək həm birbaşa, həm də dolayısı ilə tarixdə hətta ən qatı quldurdan betər qanıçənlik missiyası yerinə yetirdiyinə görə.

(Zori Balayan).

Ən nəhayət, on yeddinci proses:  Porno industriyanı çiçəkləndirən, fahişəliyin leqallaşdırılmasına əmək sərf edən, əxlaq ehkamlarını uçurub dağıdan fəaliyyətinə görə.

(Kim Qardaşyan).

Tamaşaçıları hədsiz maraq bürüdü, deməzsənmiş, belə uzun bir dövr və belə ən müxtəlif səpkili cinayətlərlə səciyyəvi olan bir proses başlanırdı. Qətl, mənimsəmə, pozğunluq – bir xalq ən neqativ əməllərə imza atmışdı, özü də ən müxtəlif dövrlərdə, təkrar-təkrar.

Gözəl diktoru heyranedici baxışlarla yerinə əyləşməyə dəvət etdikdən sonra Baş Hakim nitqini davam etdirdi:

-İndi isə diqqət monitora.

Nəhəng monitorda mavi dəniz, qumsal sahil, dəmir çətir və şezlonq sırası, 70-80-ci illərə xas dar çimərlik paltarında uzunsaç, uzunbakenbardlı kişilər, açıq-saçıq bikinilərdə qadınlar göründü. Kadrlar bir-birini dəyişdikcə, sovet milisi əməkdaşları, sualtı dünya, akvalanqlılar, həbslər, məhkəmə zalı nümayiş olunduqca gəzən titrlərdə görüntüyə aydınlıq gətirən mətnlər yazıldı. Deməzsənmiş, süjet SSRİ-nin ən prestijli jurnallarından biri sayılan “Oqonyok”da 1982-ci ilin avqust ayında dərc edilən bir yazı barədə imiş. Krımın Qara dəniz sahilində çimərliklərdə bir neçə nəfərin ardıcıl batması nəticəsində hüquq-mühafizə orqanları silsilə əməliyyatlar keçiribmiş. Nəhayət, Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları suyun altında şübhəli akvalanqlıları müəyyənləşdirərək yaxalamışdılar. Onların dənizdə çimənləri suyun altına çəkib qəsdən  batırmaları ehtimal edilirdi. Amma istintaq ağlasığmaz bir olayın üstünü açmışdı. Məlum olmuşdu ki, akvalanqlılar erməni millətinə mənsubdurlar, işləri sualtı qayalara, daşlara erməni əlifbası ilə yazılar yazmaq imiş. Məqsəd də bu imiş ki, gələcəkdə ermənilər tərəfindən Krım torpaqlarının Böyük Ermənistana aid olması iddia edilsin.

Əsl lətifəyə bənzəyən bu olay tamaşaçıları hədsiz şənləndirdi. Baş Meydanı gülüş sədaları bürüdü. Həm keçmiş zamanlarda Əsas dünyada, həm də hazırda Axirət dünyasında keçirdiyi proseslərin başlanğıcında təqsirləndirilənə qurşaqdan aşağı imitasiyası ilə əslində düz sifətdən zərbə vurmağı xoşlayan Baş Hakim zərbəsinin kifayət qədər effektli olmasını erməni təqsirləndirilənlər, vəkillər və müdafiəçilər əyləşən sıradakı pərtlik əhval-ruhiyyəsindən asanca sezdi. Həvəslə prosesin davamını gətirdi:

-Əziz izləyicilər, prosesimizin başlanması ərəfəsində mən mütləq bir maraqlı nüansı qeyd etmək istəyirəm. Elə tarixi həqiqətlər var ki, illərdir ki, erməni millətçilərini, ideoloqlarını, dediyim bu xülya ilə insanları zəhərləyən kəsləri şok edir, onların əllərində əlac olsa bu tarixi salnamələri kəsib tarixdən çıxararlar. Hansı həqiqətlərdir bunlar? Müxtəlif mənbələrdə sayları fərqlidir. Bəzilərində 10-12, bəzilərində 25-30. Mən çox vaxt aparmadan minimumdan bəhs etmək istəyərdim, cəmi 10 tarixi həqiqətdən. Onları məhz indi, prosesin başlanğıcında elan etməyi özümə borc bilirəm ki, sonra...

Erməni vəkillərin və müdafiəçilərin əyləşdiyi sıradan qulaqbatırıcı “olmaz”, “etməyin”, “bu, qanuna ziddir” kimi sədalar yüksəldi. Baş Hakim peşəkarcasına alovun üstünə su çiləmək qərarına gəldi,  müqəssirlərin suçunu daha effektiv ortaya qoymaq planı cızdı:

-Daha öncə isə erməni xalqına məxsus bəzi şəxslərin erməni millətçiliyindən doğan erməni məkri, erməni saxtakarlığı barədə söylədikləri çox dəyərli fikirlərin buradan səsləndirilməsini xahiş edirəm. Bu fikirlərdən bəziləri sonradan onun müəllifi üçün başağrısına çevrilən adi səmimi etirafdır. Elə bizim prosesin iştirakçısı Zori Balayanda olduğu kimi. O, illər öncə ermənilərin müsəlman torpaqlarında məskunlaşdığını öz yazısında şəxsən özü etiraf edib.

Erməni müttəhimlərin sırasından gələn növbəti kəskin etirazlara baxmayaraq uzun qara libaslı məlahətli xanım diktor tribunaya çıxıb əlindəki meşin qovluqdan növbəti kağızı oxumağa başladı...

 

DAVAMI VAR

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)