Anons: Məşhur detektiv müəllifləri bu janr barədə

 

 Ölkəmizdə ən çox oxunan bədii ədəbiyyat detektivdir. Bunu danmaq olmaz.

 20 aprel 1841-ci ildə Graham's Magazine jurnalında Edqar Allan Ponun "Meyitxana (Morq) küçəsində qətl" adlı hekayəsi dərc edildi. Həmin hekayə tarixdəki ilk detektiv əsər hesab olunur. Növbəti 180 il ərzində bu janr dəfələrlə dəyişdi, əsl ədəbiyyat kimi gah tanındı, gah tanınmadı, lakin sonda bu janr ədəbi janrlar arasında möhkəm yer tuta bildi.

“Ədəbiyyat və incəsənət” portalı detektiv janrının nə olduğu, detektivin arxasında nələrin dayandığı barədə bu janra laqeyd olmayan ədiblərin fikirlərini toplayıb, tezliklə sizlərə təqdim edəcək.

Portalımızı izləyin!