“Bir günah eyləmişəm, Min günaha batmışam” Featured

 

“Ədəbiyyat və incəsənət” portalı “Poetik qiraət” rubrikasında sizə şair Əlizadə Nurinin “Kam almaq” şeirini təqdim edir. 

 

Arzuların dizinə

Baş qoyaraq yatmışam.

 

Beş günlük bu həyatı

Beş şeirə satmışam.

 

Dünya burdaydı indi-

Görüm hara atmışam…

 

Ulduzlarla oynayıb,

Öz başımı qatmışam…

 

Özgəyə yalan deyib

Özümü aldatmışam…

 

Bir günah eyləmişəm,

Min günaha batmışam.

 

Çox da öyünmə, ay qəm

Səni mən yaratmışam.

 

…Məni çağıran ölüm,

Bir az da döz, çatmışam…