“Bir həyatdı min günahlıq” -Zahid Sarıtorpağın şeiri Featured

 

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında Zahid Sarıtorpağın “…harda görsək bir qaranlıq” şeirini təqdim edir. 

 

harda görsək bir qaranlıq

gün kimi doğub gedərik

hər quraqlığa bir anlıq

yağış tək yağıb gedərik

 

biz gələrik sevə-sevə,

göz yumar O biz tərəfə

bir ömürdə bircə dəfə

üzünə baxıb gedərik

 

bir həyatdı min günahlıq

bir nəfəs qalıb son ahlıq

ömür adlı bu qonaqlıq

bitər də çıxıb gedərik