Əkrəm Əylisli qəhrəmanının diliylə: "Mən həmişə hiss etmişəm ki, içimdə bir erməni ruhu var" deyib Featured

Əkrəm Əylisli Milli Kitab Sərgisində publika önünə çıxdıqdan sonra yenidən gündəmə qayıdıb. Biz onun sərgidə söylədiyi fikirləri dərc etdik. 

Tənqidçi Əsəd Cahangir yazıçı Əkrəm Əylislinin yenidən gündəmə qayıtması səbəbindən onun elədiyi qəbahətləri və xainlikləri sadalayıb. “Ədəbiyyat və incəsənət” bu sadalananları zəruri bilib diqqətinizə çatdırır. 

 

1. Erməni yazıçı Sero Xanzadyanın Xankəndində keçirilən 60 illik yubileyində Əkrəm Əylisli erməni yazıçısının bığlarından o qədər öpüb ki, axırda Yusif Səmədoğlu "ondansa Bakıda mənim itimin bığlarını öpəydin" deyib.

2. "Daş(nak) yuxular" əsərində qərbi azərbaycanlıları "ermənistandan gələn it uşaqları", naxçıvanlıları "danabaş", şuşalıları "verzila" adlandırıb.

3. Öz doğulduğu Əylis kəndini ermənilərin diliylə "Akulis" kimi yazıb.

4. Yazır ki, Akulisin əsl sahibi türklərin süngüsündən həlak olan ermənilərdir.

5. "Ətirşah Masan"da Akulisin  pedofil qocalara, zoofil yeniyetmələrə, bic doğan  qadınlara qaldığını yazmaqla  bir vaxtlar mövcud olan "müqəddəs" erməni məkanının türklər tərəfindən nə günə qoyulduğunu demək istəyir. 

6.Türk süngüsündən xilas olan "zavallı erməni qızcığazı" Anikonun əsrlərin dərinliyindən gələn səsi Əkrəmin qulağından getmir.

7. Türkçü əqidəli yazıçılar İsa Muğanna və Oljas Süleymenova sataşır, onlara 37-ci ilin qaydası üzrə pantürkist damğası vurmaq istəyir.

8.Habil Əliyevə yazıb ki, kaman erməni alətidir.

9. Milli Məclisdəki çıxışında "Qarabağ məsələsindöə gərək ermənilərə güzəştə gedək, ərazimizin müəyyən faizini onlara verək" deyib.

10. Babəki "qaniçən", "cani", "quldur", "uşaq əti yeyən" adlanıdırıb, Babəki ələ verən erməni məliki Səhl ibn Smbatı satqın adlandırğınıa görə Rəsul Rzaya  "xunveybin" deyib.

11. “Nobel milli maraqlara verilmir, bəşəri maraqlara verilir" deyə "Daş(nak) yuxular"ı Nobel almaq üçün yazdığnı boynuna alıb.

12. Ermənilər Əkrəmi "naş Akram" adlanırır, onun bədnam "Daş(nak) yuxular"əsərini ekranlaşdırır, erməni diasporası ona siyasi sığınacaq vermək üçün xaricə dəvət edir.

13. "Daş(nak) yuxular" əsasında ermənilər tamaşa hazırlayır və tamaşanın ermənilərin qondarma soyqırım günündə göstərilməsi planlaşdırılır.

14. Əkrəm "Daş(nak) yuxular"da öz  daşnakpərəst fikirlərinin ruporuna çevirdiyi qəhrəmanının diliylə deyir: "Mən həmişə hiss etmişəm ki, içimdə bir erməni ruhu var".

15. "Daş(nak) yuxular" əsərinin qəhrəmanının ruhunun Eçmiədzin kilsəsinə uçduğunu  yazmaqla öz ruhunu nəzərdə tutur.

16. "Daş(nak) yuxular"da H.Əliyev və Ə.Elçibəyin ironik obrazlarını yaratmağa cəhd edir.

17. Əkrəmin kim olduğunu hələ 60-80 -ci illərdə bir çox şair-yazıçılar bilib. Bəxtiyar Vahabzadənin onun ermənipərəstliyini ifşa edən, amma o vaxt məlum səbəbdən dərci mümkün olmayan şeiri var. B.Vahabzadə "Sən kimsən, nəçisən, özün bilərsən, mən başdan-binadan türk oğlu, türkəm" misralarını da ona və onun kimilərinə ünvanlayıb.

18.Oğlunu Vətənə qurban verən Xəlil Rza Ulutürkü "Xəlilullah Xəlil" deyə təhqir edib. 

19. “Drujba narodov" jurnalına verdiyi donosda "mən uşaqlıqdan öz xalqıma yox, başqa xalqlara (yəni ermənilərə) etibar etmişəm" yazır.