“Dünya yazarlarının canlı antologiyası” layihəsinə maraq artmaqdadır

Rate this item
(0 votes)

Xəbər verdiyimiz kimi, 2019-cu ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə LiFFt festivallar festivalı bu il İstanbulda keçiriləcək, bu münasibətlə festivalın müsabiqə hissəsinə start verilib, eyni zamanda YouTube platforması üzərində materik şair və yazıçılarının əsərlərindən ibarət canlı antologiyaya start verilib. Azərbaycanlı yazarların da iştirakçısı olduğu canlı antologiya hazırda ədəbi dairələrin və medianın gündəmindədir.
"Avrasiya ədəbi Festivalı: dünya şairlərinin canlı antologiyası " – bu başlıqla ilk səhifədə Asiya Jurnalistlər Assosiasiyasının "Azia inn" xəbər nəşrinin növbəti sayı yazı dərc edib. Nəşr ən maraqlı və aktual xəbərləri ilə Şərqi, Cənub-Şərqi, Mərkəzi və Qərbi Asiyada dominantlıq etməkdədir. Xəbərlər, o cümlədən bir neçə dildə eyni zamanda dərc olunur: ərəb, İngilis, Çin və Yapon. Asiya Jurnalistlər Assosiasiyasının prezidenti "İpək Yolu" Avrasiya layihəsinin yaradıcısı Ashraf Aboul-Yaziddir (Misir).
“Azia inn” LiFFt festivalı barədə ətraflı məlumat verməklə canlı antologiyanın iştirakçılarını təqdim edib, onların ədəbi nümunələrindən parçalar dərc eləyib.
Nəşr bu ədəbiyyat layihəsini zamanın ən nüfuzlu və ən miqyaslı layihəsi adlandırıb.