“Sevgidə heç-heçə olmur…”

 

Hümbət Həsənoğludan 10 aforizm

 

1) “ Düşmənlərim yoxdur” deyən insan dostlarını yaxşı tanımır.

2) İtin həyatı kimə hürməsindən və kimə quyruq bulamasından asılıdır - lap insanlardakı kimi.

3) Qəlbə yağan yağışa çətir açmaq olmur.

4) Dünyanı, bəlkə də, gözəllik xilas edərdi, amma eybəcərlər buna imkan verməz.

5) Böyük buludun kölgəsindənsə, kiçik ağacın kölgəsi etibarlıdır.

6) Həyat səhvlərinin yazı səhvləri kimi rezin pozanı olmur.

7) Kişi bircə qabırğasından düzəldilmiş qadına görə bütün canını qurban verməli olur.

8) Sevgidə heç-heçə olmur, ya hər iki tərəf udur, ya hər iki tərəf uduzur.

9) Aldadılmağa hazır olmayan insan yaşamağa hazır deyil.

10) Həyat mahnı, sevgi onun nəqarətidir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.