Hümbət Həsənoğlunun aforizmləri

 

1) Kişinin qadınlar haqqında bilməli olduğu yeganə şey odur ki, onlar nağılları sevir.

2) Pislər yaxşılardan yaxşı bəhrələnirlər.

3) Arzular təfəkkürün problemlərlə dolu gerçəkliklərdən qaçıb gizləndiyi xoş yerdir.

4) Pulla alınan sevginin acısı olmur.

5) Ağıl satılsaydı, almaq üçün növbəyə elə ağıllılar durardı.

6) Yaltaqların şüarı: Yal varsa, yalvar.

7) Təzə dost təzə ayaqqabı kimidir, vərdiş etməyə vaxt lazımdır.

8) Vicdansızlar vicdanı olanların onlara borclu olduğunu düşünürlər.

9) Ən axmaq şey sevgidə qarşılıq tələb etməkdir.

10) Qatırın anasının suçlu olması şəksizdir, amma bunu hər eşşəyə sübut etmək mümkün deyil.