Bolqarıstanın ədəbiyyat jurnalı Yusif Səmədoğlu və Ələkbər Salahzadə yaradıcılığından bəhs edib

 

Bolqarıstanın  “Literaturen svyat” elektron ədəbiyyatı jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun “İncə dərəsində yaz çağı” hekayəsinin və tanınmış Azərbaycan şairi Ələkbər Salahzadənin “Elegiya” şeirinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən bildirilib ki, əsərlərin bolqar dilinə tərcümə müəllifləri – tanınmış bolqar tərcüməçiləri Nadya Popova və İvan Esenskidir.