Rusiya və Türkiyə ədəbiyyat portalları Ramiz Rövşəndən yazdı

Rate this item
(0 votes)

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yaydığı məlumata görə
Rusiyanın “Libstation” və “Litpriçal” ədəbiyyat portalları Azərbaycanın Xalq şairi Ramiz Rövşənin rus dilinə tərcümə edilmiş “Ümidim yox bir adama”, “Nə var Allahdan yuxarı?” şeirlərini yayımlayıb.
Türkiyənin Erikağacioyku.com ədəbiyyat portalı isə şairin türk dilinə tərcümə edilmiş “Gəmi”, “Şükür”, “Söz”, “Hərə bir daş qoydu bura”, “Sevgi məktubu kimi” şeirlərini və yaradıcılığı haqqında məlumatı oxucularına təqdim edib.