Şair Ənvər Əhməd vəfat edib

 

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd bu gün - fevralın 17-də vəfat edib.

Ənvər Əhməd (Əhmədov Ənvər Misir oğlu) 1943-cü ilin 8 avqustunda Ağcabədidə dünyaya göz açmışdı. 

Şair, tərcüməçi, ədəbiyyatşünas kimi tanınırdı. 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi, filologiya elmləri namizədi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru (1992), beynəlxalq dərəcəli fəlsəfə və filologiya doktoru(2000), Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü (2001) idi. 

Allah rəhmət eləsin!