Fransa xəbər portalı Xurşidbanu Natəvan haqqında məqalə yayımlayıb

 

Fransanın populyar “Musulmans en France” xəbər portalı ADTM-in “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanda elan olunmuş “Şuşa İli” ilə əlaqədar “Aleksandr Düma və Azərbaycan şairi Natəvanın görüşü” adlı məqalə yayımlayıb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, məqalənin müəllifi mərkəzin əməkdaşı Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi mərkəzin fransız dili üzrə mütəxəssisi Fərhad Tağızadədir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Musulmans en France” portalı müntəzəm olaraq səhifələrində dünya müsəlmanlarının görkəmli şəxsiyyətləri haqqında materiallar işıqlandırır.