Yazıçı Əfqan 92 yaşında vəfat edib

 

Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əfqan (Əfqan Əsgərov) vəfat edib. 

Bu barədə Azərbaycan Yazıçılar Birliyindən bildirilib.

Xatırladaq ki, 1929-cu ildə Salyan rayonunda anadan olmuş Əfqanın 92 yaşı var idi.

Mərhumun cənazəsi ötən gün H.Seyidbəyli küçəsi, 30 ünvanından götürülüb. Dəfn Yasamal qəbiristanlığında baş tutub.

Allah rəhmət eləsin!