Güney Azərbaycan Poeziyası Antologiyasında Elnaz İslamvəndin “Qıvrılan yol” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Elnaz İslamvəndin şeirlərini təqdim edir.

 

 

Elnaz İslamvənd

Təbriz

 

 

QIVRILAN YOL

 

Mən yoruldum, gözün aydın,

Bu sən, bu verdiyin ürək.

Artıq tanrının əlindən,

Heç iş belə gəlməyəcək.

 

Kim deyir ki, ömür boyu,

Yora bilməz yollar məni!

Fəsillər aldadır bizi,

Təqvimlər oynadır səni.

 

Birisi köçürtdü səni,

O fəsildən bu fəsilə.

Yuxu da görməzdim belə,

Ayağım səndən kəsilə.

 

Mən yoruldum, gözün aydın,

Dönürəm, bu imza, bu qol.

Sonunda zəhrini tökdü,

İlan kimi qıvrılan yol…

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)