POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sən ki hər tərəfdəsən...” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə növbə yenidən Əlizadə Nuridədir. “Sən ki hər tərəfdəsən...” deyir şair.

Xoş mütaliələr.

 

Hər axşam şam oluram,

Əriyib... tam oluram.

Səndə tamam oluram-

Mən gün, sən də həftəsən.

 

Eşq-şirin əzab kimi,

Bitməyən hesab kimi.

Ən yaxşı kitab kimi

Canımdakı rəfdəsən.

 

Sən yolsan, yolçuyam mən,

Göyərçin ovcuyam mən...

Yüz ildir ovçuyam mən-

Yüz ildir hədəfdəsən...

 

Qəmi sevdim, həm səni,

Qısqandıı bu qəm səni.

Düşüb gəzmirəm səni-

Sən ki, hər tərəfdəsən.

 

Bu dünyadı, kahadı?

Şah olmur hər şah adı.

Bu sədəf nə bahadı-

Yoxsa sən sədəfdəsən?!

 

Ədəbiyyat və incəsənət”

(04.09.2024)