POETİK QİRAƏTdə Əlizadə Nurinin “Üşüyür” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə növbə yenidən Əlizadə Nuridədir. “Üşüyür”deyir şair. Şeir türk sevdalısı şair Rüstəm Behrudiyə ithaf edilib. 

Xoş mütaliələr.

 

 

Üşüyür

 

      Əziz Rüstəm Behrudiyə

 

Ağaclar öz yarpağından.

Gül nəfəsindən üşüyür.

Payız çatıb quşlara da-

Dimdiyində dən üşüyür...

 

Gəldi bu qəm boyu bəstə,

Mən qəfəsdə, o ahəstə...

Yaşamaq istəyən xəstə

Öz həvəsindən üşüyür.

 

Azıb qaldım naşı kimi,

Kor adamın daşı kimi.

Adam da  çöl  quşu kimi

Bir gün səsindən üşüyür...

 

Ədəbiyyat və incəsənət”

(03.09.2024)