Güney Azərbaycan Poeziyası Antologiyasında Bəxtiyar Nizaminin “Söylə saçlarına toxunmasınlar...” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Bəxtiyar Nizaminin şeirlərini təqdim edir.

 

 

Bəxtiyar Nizami

Təbriz

 

 

*

 

Söylə saçlarına toxunmasınlar

Sən sevməlisən ay qadın

Dünyanın ilki də sən, sonu da

Sənin gözəlliyini yarada bilməyəcəklər.

Şairlərə rəssam

İllərdir saçlarınız örpək adlı dustağa

Məruz qalıbdır.

Saçların başlanış

Saçların fırtına

Saçların inqilab

Saçların

Gizli,

Silah...

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2024)