Güney Azərbaycan Poeziyası Antologiyasında Behruz Sədiqin “Qırmızı qaranlıqda kinopyes” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Behruz Sədiqin şeirlərini təqdim edir.

 

 

 

 

Behruz Sədiq

Muğan

 

 

QIRMIZI QARANLIQDA KİNOPYES

 

Olay dolu bir kino görüntüsüdür

Qırmızı işıq arxasında

Dilənən qadın.

Kürəyində;

Şərabı şalıyla

Şələlənmiş şəfəq.

 

Donuq bir qış axşamı

Yağır lopa-lopa qar  

Yubanmış yenə də yaralı bahar.

 

Kino beləcə başlamışdı

İki xarakteri var idi

Bu iki pərdəli pyesin

Nə Hollywood kinosuna bənzəyirdi,

Nə də Bollywood.

 

Boğazımı sarır boğanaq

Baxış bucağım alışır

Çökmüş duman qucağına

Sığınıb

Ağlayaraq

Xıxıram

Lap beləcə

Ürəyimin axırına çıxıram

İşıq əkilir,

Pərdə çəkilir.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2024)