Güney Azərbaycan Poeziyası Antologiyasında Behruz Sədiqin “İnsan” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Behruz Sədiqin şeirlərini təqdim edir.

 

 

 

 

Behruz Sədiq

Muğan

 

 

İNSAN

 

İnsan!

Yaşmaqlı gəlinin

Yaylığı ağlıq

Muçura tələskən

Körpəcik ağac

Günəşə boylanan

Gilənar gəlin;

Qızlığı qanlanmış qudurğan bahar

Qaranlıq qolunu qaharan qavram

Həm də ki,

Sızlayan yaram

İnsan!

O uca dağlıq

Tam Qarabağlıq...

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)