POETİK QİRAƏTdə Rəbiqə Nazimqızının “Üzük” şeiri Featured

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə Rəbiqə Nazimqızının dünənki debütü uğurlu alındı, bu gün yenə odur, o düşündürür və təəccübləndirir. Süjetli poeziya, bitkin kompozisiya. 

Təbii ki, oxunaqlıdır və təsirlidir. 

Xoş mütaliələr.

 

ÜZÜK

"Səslərin ardınca” silsiləsindən

 

Yenə ensiz, sarı, dar hasar.

Qandal yenə tapılar.

Dalana dirənər,

dillənər barmaqlar yenə.

Yanından keçə,

üstündən atıla bilməzsən.

Unuda bilməzsən,

dağıda bilməzsən…

Basılmaz, aşılmaz -

çevrətək qapanıb,

qapısı açılmaz…

Gözlərin qamaşar,

yanına buraxmaz.

Yandırar,

utandırar.

Və bu dəfə yenə yalvara bilməzsən:

"Bircə dəfə o üzüyü çıxar” deyə…

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2024)