Güney Azərbaycan Poeziyası Antologiyasında Aydın Sabahın “...Sevişər soyuq röyalarla” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Aynar Təbrizlinin şeirlərini təqdim edir. 

 

 

Aynar Təbrizli

Təbrizli

 

 

Qanlı bıçağı dənizə atar,

Barmaqlarını qoxulayar bənd-bənd

Əski albomları, kitabları zibil qabına atmadan

Öncə doya-doya baxıb əzbərləyər onları...

Qarlı axşamlarda əlvida deyib taksilərdə düşürər ruhunu

Ancaq yenə də sevişər soyuq röyalarla...

Evə dönər...

Kirli xatirələri suya çəkər qab-qaşıqla birlikdə

Yaşadıqları film kimi pərdəyə enər!

Ölüm qorxuların aynasıdır

Bütün xarakterlərin sonuncu sekansı!

"İnsanları öldürən qorxulardır" - deyir.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2024)