ƏN YENİ POEZİYA: “Bu axşam sevgi qoxuyur…”, İbrahim İlyaslı Featured

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair ibrahim İlyaslı  “Bu axşam sevgi qoxuyur” söyləyəcək. 

 

 

Bu axşam sevgi qoxuyur,

Sumqayıtda hər künc-bucaq.

Yağış, külək və yarpaqlar,

Avtobuslar... dayanacaq!

 

Səriliblər üzü üstə

Yollar duyğulu-duyğulu.

Səkiylə bir qız yürüyür,

Arxasınca zeytun kolu.

 

Çiçək kimi pardaqlanır

Binaların daş-divarı.

Heyrətindən xumarlanır

Odaların eyvanları.

 

İşıqforda sıralanır

Qırmızı da yaşıl kimi.

Hər ağac bir aşıq olub,

Dilləndirir “sarı sim”i.

 

Ürəklərə sığal çəkir

O qızın ayaq səsləri...

Bir də nə görsəm yaxşıdı -

Söyləmək mənə ar gəlir...

 

Ədəbiyyat və incəsənət”

(07.08.2024)