Güney Azərbaycan Poeziyası Antologiyasında Aydın Sabahın “Sevgiyə yazdığın şeirdə boğulur qadınlar” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Aynar Təbrizlinin şeirlərini təqdim edir. 

 

 

Aynar Təbrizli

Təbrizli

 

Danış mənə

Qışın amansızlığında

Ayaqqabıların necə daşıyır gövdənin ağırlığını

Hansı paltonla şaxtadan qoruyursan darıxmanı?

Hansı uçaqlara gec qalırsan

Özündən qaçmaq üçün?

Əllərin cibində hansı baharı düşünürsən?

Düşüncələrin evinizə sığmayan neçənci uşaqsan?

Söylə! Uca boyluqda neçə bacı-qardaşsınız?

Yabancıları nə ilə qandırırsan yalın ayaqlı gedişini

Kibrit çəkdiyində nə şəkilə düşür kimliyin?

Getmək zorundasan, bilirəm

Əslində bu məmləkət daşıya bilmir səni!

Yazdığın dəniz şeirlərinə balıqsızdır Təbriz

Sevgiyə yazdığın şeirdə boğulur qadınlar...

Söylə Səmədin qara balığını

Hansı bankada üzdürürsən?

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2024)