POETİK QİRAƏTdə Əlizadə Nuridən Baxışların qoymur məni ölməyə...” Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün daimi müəllif Əlizadə Nuridir, bu dəfə  “Baxışların qoymur məni ölməyə...” şeiri ilə. Bu dəfə sevgi şeiridir. 

Xoş mütaliələr!

 

Dünən sənin gözlərində yaş idim,

Bu gün sənin yanağından düşürəm.

Göy üzündə bir söz kimi doğuldum

İndi onun varağından düşürəm...

 

Göydən enib bu həyatla görüşdüm,

Gülüm, gülən gözlərində gülüşdüm.

Dünən sənin qılıncında gümüşdüm-

Bu gün sənin yarağından düşürəm...

 

Sükut dinsə, gərək qalmır kəlməyə,

Qorxuram ki bu yol gedə, gəlməyə.

...Baxışların qoymur məni ölməyə-

Gözlərinin qırağından düşürəm...

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2024)